İlhamə Quliyeva mərkəz tikdirir: "Ofisim, restoranım olacaq"

İlhamə Quliyeva mərkəz tikdirir: "Ofisim, restoranım olacaq"
15:32 13 Yanvar 2015
248 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti İlhamə Quliyeva 2015-ci ilin onun üçün uğurlu olacağına inanır
Milli.Az xəbər verir ki, axsam.az-a açıqlama verən müğənni hazırda özü üçün böyük bir mərkəz tikdirdiyini deyib:
 
“2015-ci ilin ilk günü Antalyaya getdim, yeddiulduzlu oteldə dincəldim. Ötən il mənim üçün uğurlu keçdi. Bu ilin ondan da yaxşı olacağına inanıram. İlin sonunda yeni klipimi təqdim etdim. Düşünürəm ki, ildə bir dənə və sanballı iş təqdim etmək daha yaxşıdır. Hazırda mənim ən böyük layihəmin gerçəkləşməsi sahəsində işlər gedir. Böyük bir istirahət mərkəzi tikdirirəm. Orada mənim ofisim, səsyazma studiyam, restoranım olacaq. Ancaq mənə xidmət edəcək. Bu il xarici səfərlərim gözlənilir”.
 
Yaradıcılığındakı yeniliklərdən danışan İ.Quliyeva solo konsertinin tarixini açıqlayıb:
“Martın 28-də Heydər Əliyev Sarayında baş tutacaq. Böyük bir musiqiçi heyəti yığmışam. Türkiyədən işçilər dəvət etmişəm, maraqlı səhnə dekorasiyası düzəldəcəklər. Möhtəşəm bir konsert hazırlayıram”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR