Rusiyalı deputat: "Bakı dünya turizminin Məkkəsinə çevrilir"

Rusiyalı deputat: "Bakı dünya turizminin Məkkəsinə çevrilir"
16:52 21 Noyabr 2018
49 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakı artıq dünya turizminin Məkkəsinə çevrilir. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi mən də bu möhtəşəm, gözəl şəhərə səfər edən rusiyalıların sayının maksimum çox olmasında maraqlıyam".

Milli.Az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Moskvada keçirilən "Nəqliyyat həftəsi 2018" beynəlxalq sərgisində deyib.

D.Savelyevin sözlərinə görə, Azərbaycanın gözəl güşələrində - buraya dağ-xizək kurortları və digər unikal təbii landşaftlar daxildir - olmaqla oralara vurulmamaq mümkün deyil.

"Özümdən bilirəm ki, bir dəfə Azərbaycana səfər etməklə ona vurulursan. Çox sayda rusiyalı Azərbaycanın gözəllikləri və paytaxt Bakı haqqında eşidiblər, amma əminəm ki, cəmi bir dəfə səfər etməklə onlar bu şəhərə və ölkəyə aşiq olacaqlar", - rusiyalı deputat bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/705843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR