"Azərsu" ASC-nin xidmət göstərdiyi abunəçilərin sayı artıb

"Azərsu" ASC-nin xidmət göstərdiyi abunəçilərin sayı artıb
15:33 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

2014-cü ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xidmət göstərdiyi abunəçilərin sayı 104 min və ya 8,5 faiz artıb.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1 yanvar 2015-ci il tarixinə ölkə üzrə 1 309 401 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. İstehlakçıların 1 255 831-i və ya 96 faizini əhali, 53 570-i və ya 4 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 91 min və ya 7,8 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 13 min və ya 31 faiz artıb.

İl ərzində abunəçi sayında artım, əsasən, yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması, içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

1 yanvar 2015-ci il tarixinə su təchizatı xidməti göstərilən abunəçilərin 750 mini sayğacla təmin olunub, sayğaclaşma səviyyəsi 57 faizə çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2352709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR