Göyçayda ağır yol qəzası, 5 nəfər xəsarət alıb - FOTO

Göyçayda ağır yol qəzası, 5 nəfər xəsarət alıb - FOTO
19:17 21 Noyabr 2018
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Göyçay-Ucar yolunun 8-ci kilometrliyində, rayonun Mallışıxlı kəndi ərazisində baş verib. 

Belə ki, Göyçay rayon sakinləri Məğrur Piriyevin idarə etdiyi "Hyndai" və Asif İsmayılovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. Zərbənin gücündən hər iki avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb. 

Nəticədə hər iki avtomobilin sürcüsü və avtomobillərdə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxansına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/705894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR