Gümrü qətlinin təfərrüatı

Gümrü qətlinin təfərrüatı
15:36 13 Yanvar 2015
189 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Gümrü şəhərində bir ailənin güllələnməsinin təfərrüatları ortaya çıxıb.

ANS PRESS-in məlumatına görə, Rusiyanın 102 saylı hərbi hissəsinin əsgəri dindirilmə zamanı bildirib ki, evə daxil olandan sonra ailə üzvləri ona müqavimət göstərməyə imkan tapmayıblar. O, ailənin bütün üzvlərini bir-bir güllələyib. Növbə azyaşlı uşağa çatanda avtomatda nasazlıq olub və atəş açılmayıb. Bunu görən Valeri Permyakov körpəni avtomatın süngüsü ilə vurub.

Qonşular isə atəş səslərini eşitsələr də, bunun fişəng olduğunu düşünüblər.

Xatırladaq ki, yanvarın 12-də səhər Ermənistanın Gümrü şəhərində 6 nəfərвэт шифкэе Avetisyan ailəsi güllələnib. Güllə yarası alan ailənin 5 nəfəri yerindəcə keçinib. Bir azyaşlı körpə isə yaralı halda xəstəxanaya çatdırılıb. Hərbçi cinayəti törətdiyini etiraf edib və indi o, Rusyanın Gümrüdəki hərbi bazasında saxlanılır. Onun hər hansı psixoloji xəstəliyinin olub-olmamasını ekspertiza müəyyən edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR