Vladimir Putin böyük tədbirə dəvət edilmədi

Vladimir Putin böyük tədbirə dəvət edilmədi
15:37 13 Yanvar 2015
159 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Prezidenti Vladimir Putin Osventsim əsir düşərgəsinin azad olunmasının 70 illiyi ilə əlaqədar Polşada keçiriləcək rəsmi tədbirə dəvət olunmayıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov V.Putinin iş qrafikində belə bir səfərin olmadığını açıqlayıb.

D.Peskov V.Putinin Osventsimin azad olunması münasibətilə keçiriləcək bayram tədbirinə dəvət olunmadığını söyləyib. Bununla yanaşı, o əlavə edib ki, adətən bu cür tədbirlər üçün rəsmi dəvətnamə göndərilmir. Lakin “Reuters” agentliyi öz mənbələrinə istinadən Polşa tərəfinin şüurlu şəkildə V.Putinə dəvət göndərmədiyi barədə xəbər yayıb.

Qeyd edək ki, alman faşistləri tərəfindən yaradılmış Osventsim əsri və ölüm düşərgəsi 1940-45-ci illərdə Polşanın eyni adlı şəhərinin yaxınlığında fəaliyyət göstərib. Almanlar Osventsimi Auşvits adlandırıblar. Bir milyondan çox yəhudinin öldürüldüyü düşərgə 1945-ci il yanvarın 27-də sovet qoşunları tərəfindən azad edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR