İl ərzində sərvət qazanan məşhurlar

Forbes" dərgisi 2017-ci illə 2018-ci illər arasında ən çox qazanan məşhur ifaçıların adını açıqlayıb.

Metbuat.az axşam.az-a istinadən xəbər verir ki, siyahıda 10-cu yerdə 30 milyon dollarla Britni Spirs qərarlaşıb.



Selin Dion 31 milyon dollarla 9-cudur.



Helene Fiçer il ərzində 32 milyon dollar qazanaraq reytinqin 8-cisi olub.



Siyahıda 7-ci sırada Rihanna 37,5 dollarla bərqərar olub.



Cennifer Lopez il ərzində qazandığı 47 milyon dollarla 6-cı yeri zəbt edib.



Siyahının 5-cisi 50 milyon dollarla Ledi Qaqadır.



Pink 52 milyon dollarla bir pillə addımlayaraq 4-cü olub.



Siyahının üçlüyü Beyonsun adı ilə açılır. O, il ərzində 60 milyon dollar qazanıb.



Reytinqin 2-cisi 80 milyon dollarla Teylor Svift olub.



Keti Peri isə il ərzində qazandığı 83 milyon dollarla siyahıya liderlik edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR