"Liverpul" "Barselona"ya qadağa qoydu

İspaniyanın "Barselona" klubu üç mövsüm ərzində "Liverpul"dan futbolçu ala bilməyəcək.

Metbuat.az oxu.az-a istinadən bildirir ki, bu razılaşma braziliyalı Koutinyonun "Liverpul"dan "Barselona"ya keçidi zamanı əldə olunub.

Sənədə əsasən, ispanlar 2021-ci ilədək "Liverpul"un oyunçularının transferlərinə dair danışıqlar apara bilməyəcəklər.

Qeyd edək ki, Koutinyo üçün "Barsa" 120 milyon avro xərcləyib.

Azərbaycanda turizm polisinin yaradılması təklif edilir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR