Salah "Liverpul"dan gedəcək

"Liverpul"un futbolçusu Məhəmməd Salah yayda klubu tərk edə bilər.

Metbuat.az komanda.az-a istinadən xəbər verir ki, bu barədə Misir millisinin baş məşqçisi Xavyer Aqirre İngiltərə mətbuatına açıqlamasında deyib:

""Liverpul" bu mövsüm titul qazana bilməsə, Salah yayda komandadan gedəcək. Baş məşqçiləri Yurgen Klopp da bunu çox yaxşı başa düşür. Ona görə də, onlar bu il titul qazanmaq üçün əllərindən gələni edəcək".

Salah cari mövsümdə "Liverpul" formasıyla 17 qarşılaşmada iştirak edib və 8 qol vurub. Misirli futbolçunun klubuyla 2023-cü ilə qədər müqaviləsi var.

Bakıda Daşınmaz Əmlak Tədbiri - RECEXPO öz işinə başlayıb - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR