“Charlie Hebdo” jurnalının yanvarın 14-də növbəti sayı işıq üzü görəcək. Lent.az-ın dünya KİV-lərinə istinadən məlumatına görə, adıçəkilən mətbu orqan 4 milyon tirajla çap olunacaq.
Jurnalın 16 dildə çap ediləcəyi gözlənilir.
Qeyd edək ki, ötən həftə terrorçuların hücumu zamanı jurnalın baş redaktoru Stefan Şarbonye də daxil olmaqla 10 jurnal əməkdaşı və daha 2 polis nəfəri həlak olub. “Charlie Hebdo” jurnalı manifestdə faşizm, nasiszm və stalinizmdən sonra islamizmi demokratiyanın əsas təhlükəsi adlandırıb.