Xaçmazda metal dirəyə çırpılan maşının sərnişini öldü

Xaçmaz rayonunun 4-cü Şöbə kəndinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, noyabrın 21-də saat 16 radələrində Xaçmaz rayonunun 4-cü Şöbə kəndinin ərazisində rayon sakini Feyruz Soltanov idarə etdiyi “VAZ-2112” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub. Nəticədə sürücü və sərnişini Etimad Əzizov xəstəxanaya yerləşdiriliblər. E.Əzizov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bakıda Daşınmaz Əmlak Tədbiri - RECEXPO öz işinə başlayıb - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR