Jurnalistlər "Aura" sağlamlıq mərkəzində boks məşqində iştirak ediblər

Jurnalistlər "Aura" sağlamlıq mərkəzində boks məşqində iştirak ediblər
15:48 13 Yanvar 2015
205 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

“Excelsior Hotel Baku” hotelinin “Aura” sağlamlıq mərkəzində jurnalistlər üçün boks üzrə təlim məşqi keçirilib.

AtaHolding-dən Trend-ə verilən məlumata görə, məşqi bu idman növü üzrə “Aura” sağlamlıq mərkəzinin peşəkar məşqçisi Fərhad Hüseynov aparıb.

O, təlim məşqində iştirak edənlərə zərbələrin müdafiə fəndləri və vurulmasının əsas üsullarını nümayiş etdirib, bu idman növünün faydasından danışıb.

Məlumdur ki, boksla məşğul olmaq insana çoxcəhətli təsir edir, bəzən nəinki fiziki imkanları, hətta dünyagörüşü də kökündən dəyişir. Boks reaksiyanın, intizamın, hərəkətlərin dəqiqliyinin və koordinasıyasının yaxşılaşmasına kömək edir, əzələlərin dözümlülüyünü və qüvvəsini yüksəldir, zərbələri almağı və onlardan düzgün qaçmağı öyrədir.

Bundan başqa, məşqlər həm də mühüm psixi emosional aspekt daşıyır – emosiyaları idarə etməyi öyrədir. Belə ki, insanda özünə və öz qüvvəsinə inamı inkişaf etdirir. Boks həm də ürək-damar və tənəffüs sistemləri üçün faydalıdır: sparrinq zamanı ürək əzələsi məşq edir, düzgün tənəffüs öyrədilir. Nəhayət, boksu bacarmaq sırf tətbiqi məna daşıyır – çətin vəziyyətlərdə siz özünüzü itirmədən özünüzü və yaxınlarınızı müdafiə edə bilərsiniz. Təsadüfi deyil ki, son vaxtlar dünyada qadın boksu da populyarlıq qazanmağa başlayıb.

Tədbirin gedişində “Excelsior Hotel Baku” hotelinin “Aura” sağlamlıq mərkəzinin direktoru Şahin Qədimov “Aura” sağlamlıq mərkəzinin göstərdiyi xidmətlərlə bağlı jurnalistləri maraqlandıran suallara cavab verib.

“Aura” sağlamlıq mərkəzidə peşəkar idmanla məşğul olmaq üçün hər cür şərait var. “Excelsior Hotel Baku” hotelinə 496 78 02 nömrəli telefonla zəng etməklə, daha geniş məlumat ala bilərsiniz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2352583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR