Məhkəmə qərar verdi: Sevinc Osmanqızı gəlməlidir

Məhkəmə qərar verdi: Sevinc Osmanqızı gəlməlidir
15:49 13 Yanvar 2015
174 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Nərimanov rayon Məhkəməsində tanınmış jurnalist Sevinc Osmanqızının cinayət işi məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Məzahir Sadıqovun sədrlik etdiyi prosesdə iddiaçı şəxsin vəsaidəti qəbul edilib. Bununla Sevinc Osmanqızının məcburi şəkildə məhkəməyə gətirilməsi qərarı qəbul edilib.


Prosesdə çıxış edən Sevinc Osmanqızının nümayəndəsi Elmira Sarıyeva isə bildirib ki, müdafiə etdiyi şəxs işi ilə bağlı Bakıya gələ bilmir. Hakim isə prosesin yanvarın 22-dək təxirə salındığını, S. Osmanqızının həmin tarixdə prosesə qatılmalı olduğunu açıqlayıb.  

 

 

Qeyd edək ki, jurnalistə qarsı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.
İş Nərimanov rayon Məhkəməsinin hakimi Məzahir Sadıxovun icraatına verilib. Bundan əvvəl isə qarşı tərəf tanınmış jurnalisti xarici xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham edib.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR