İstanbuldakı partlayışla bağlı 4 çeçen saxlanılıb

İstanbuldakı partlayışla bağlı 4 çeçen saxlanılıb
15:53 13 Yanvar 2015
157 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbulda partlayış işi üzrə əslən çeçen olan 4 nəfər saxlanılıb. Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, ümumilikdə 6 nəfər saxlanılıb.

Onların milli mənsubiyyəti barədə məlumat verilmir.

Qeyd edək ki, yanvarın 6-da İstanbulun tarixi Sultan Əhməd rayonunda Turizm Polis Şöbəsində qadın terrorçu-intiharçı özünü partladıb. Hadisə nəticəsində həmin qadın və bir polis ölüb, daha bir polis əməkdaşı isə xəsarət alıb.

Əvvəlcə terror aktını həyata keçirən qadının Kocaeli Universitetinin tələbəsi Elif Sultan Kalsen olduğu bildirilirdi.

Sonradan Türkiyə DİN İstanbulda partlayış törədən terrorçu-intiharçının Rusiya vətəndaşı Diana Ramazanova olduğunu bəyan edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR