"Bakı" Rəhman Hacıyevlə problemini həll etdi

"Bakı" Rəhman Hacıyevlə problemini həll etdi
16:07 13 Yanvar 2015
180 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı" Rəhman Hacıyevlə yollarını rəsmən ayırıb. Fanat.az xəbər verir ki, bu barədə report.az-a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.

Onun sözlərinə görə, 22 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər nəzərdə tutulan anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib. Klub rəsmisi Hacıyevin istədiyi komandada çıxışı üçün heç bir problemin qalmadığını vurğulayıb: "Rəhman və meneceri irəli sürdüyümüz bütün şərtlərlə razılaşdı. Müvafiq sənədlər imzalandı. Biz eyni addımı komandamızın məşqlərinə qatılmayan və Klublar Komitəsinin qərarına istehza ilə yanaşan Nurlan Novruzovdan da gözləyirik".

Qeyd edək ki, Rəhman Hacıyev Nurlan Novruzovla birgə bir neçə gündü "Bakı"nın qış hazırlığına qatılmırdı. O, "Neftçi"yə keçir.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbakquot-rhman-hacyevl-problemini-hll-etdi-t18762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR