Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti Diasporla İş üzrə Dövlət Komitəsinin Kollegiyasının tərkibini təsdiq edib.
APA-nın məlumatına görə, qərara əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib.
Kollegiyanın sədri Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Kollegiyanın üzvləri Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Dövlət Komitəsinin sədr müavini Abutalıb Səmədov, Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov, Dövlət Komitəsinin I ərazi şöbəsinin müdiri Rizvan Əliyev, Dövlət Komitəsinin II ərazi şöbəsinin müdiri İlham Məmmədov, Dövlət Komitəsinin III ərazi şöbəsinin müdiri Füzuli Nəcəfov, Dövlət Komitəsinin IV ərazi şöbəsinin müdiri Cavanşir Vəliyev, Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm təsdiqləniblər.