Ərdoğan fransız kəşfiyyatını tənqid etdi (VİDEO)

Ərdoğan fransız kəşfiyyatını tənqid etdi (VİDEO)
16:21 13 Yanvar 2015
159 Dünya
Ölkə mətbuatı
A- A+

Fələstinli həmkarı Mahmud Abbasla görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Fransanın kəşfiyyat xidmətini tənqid atəşinə tutub.

ANS TV-nin məlumatına görə, Ərdoğan ölkənin məxfi orqanının 17 nəfərin ölümündə təqsirləndirilən Kolubalı və Şərif Kuaşini həbsdan azad olduqdan sonra lazımınca izləməməkdə təqsirləndirib.

“İnsidenti törədənlərin kimlər olduğu bəllidir. Onlar fransız vətəndaşlarıdır. Bunu (Mahmud Abbasla ) müzakirə etdik. Fransa vətəndaşları bu qətliamı törətdiyi halda, onun bələdilini ödəyənlər müsəlmanlardır. Qaldı ki, Fransa vətəndaşı olan bu insanlar 16 ay həbsdə olub, 16 ay sonra cəzaçəkmə müəssisəsindən çıxıblar. Məgər kəşfiyyat xidməti onları izləməli deyildimi? “- deyə Ərdoğan bildirib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319429

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR