Rusiya vətəndaşı Gürcüstandan Azərbaycana heroin keçirmək istəyib

16:28 13 Yanvar 2015
147 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İlkin İzzət/

Rusiya vətəndaşı Gürcüstandan Azərbaycana narkotik vasitə keçirmək istəyib.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Rusiya Federasiyasının vətəndaşı Ruslan Hüseynovun idarə etdiyi “Toyoto Camry” markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin motorxana hissəsindəki hava filtrinin borusundan 1 ədəd bükümdə, ümumi çəkisi 20,00 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR