Peyk avadanlıqları istehsal edən dəstənin üzvləri həbs olundular

Peyk avadanlıqları istehsal edən dəstənin üzvləri həbs olundular
16:32 13 Yanvar 2015
148 Dünya
Ölkə mətbuatı
A- A+

"İranda peyk qəbuledicisi və digər avadanlıqların istehsalı ilə məşğul olan dəstə zərərsizləşdirilib".

Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Əxlaq Polisinin rəisi general Məhəmməd Məsud Zahidian deyib.

M.M.Zahidian bildirib ki, 21 nəfər həbs olunub və onlardan 640 ədəddən çox peyk qəbuledicisi və digər avadanlıqlar müsadirə olunub.

Onun sözlərinə görə, dəstənin İranın Mərkəzi, Tehran və Əlborz əyalətlərində 6 istehsal müəssisəsi və anbarı olub: "Həbs olunanlar arasında əcnəbi vətəndaşlar da var idi və onlar ölkədən deportasiya olundu".

General qeyd edib ki, xaricdə istehsal olunaraq İrana idxal olunduğu iddia edilən "Xcruiser" peyk qəbulediciləri saxtadır və ölkə daxilində istehsal olunur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR