Fərdi Məlumatların İnformasiya Sistemləri Dövlət Reyestrinə daxil olunan məlumatların sayı artıb

Fərdi Məlumatların İnformasiya Sistemləri Dövlət Reyestrinə daxil olunan məlumatların sayı artıb
16:41 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar ayının 1-nə qədər bütün qurumlar üzrə Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət reyestrlərinə 231 məlumat daxil edilib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu  rəqəm “Elektron hökumət” bülleteninin yanvar buraxılışında əks olunub.
 
 
Məlumatlardan 78-i  Dövlət İnformasiya Ehtiyatları, 153-ü isə Fərdi Məlumatların İnformasiya Sistemlərinin payına düşür.
 
 
Ötən il, dekabr ayının 1-nə olan statistik göstərici ilə müqayisədə Fərdi Məlumatların İnformasiya Sistemləri Dövlət Reyestrinə daxil edilən məlumatların sayı 1 ədəd artıb.
 
 
Xatırladaq ki, dövlət reyestrləri “Elektron hökumət” sisteminin tərkib hissəsi hesab olunur və bu, “Elektron hökumət portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Prezidentinin 5 fevral 2013-cü il tarixli Fərmanında da öz əksini tapıb.
 
 
Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181-4-cü maddəsinə əsasən, fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə 300 manatdan 500 manatadək cərimə tətbiq edilir.
 
CAHANGİR

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR