Gənc Tamaşaçılar Teatrında yeni ildə ilk premyera – “III Riçard”

Gənc Tamaşaçılar Teatrında yeni ildə ilk premyera – “III Riçard”
16:44 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Yanvarın 25-i saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli ingilis dramaturqu U. Şekspirin anadan olmasının 450 illiyi münasibətilə “III Riçard” tamaşasının premyerası olacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Səhnə əsərində əsas obrazları xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Natiq Fərzəliyev və başqaları ifa edəcək.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR