İsrail qəzeti qadınları sildi (FOTO)

İsrail qəzeti qadınları sildi (FOTO)
16:46 13 Yanvar 2015
202 Dünya
Ölkə mətbuatı
A- A+

İsraildə mühafizəkar yəhudilərə xitab edən qəzet qeyri-adi addım atıb.

ANS PRESS-in məlumatına görə, "Hamevasser" qəzeti Fransanın paytaxtı Parisdəki həmrəylik yürüyüşü ilə bağlı xəbərində maraqlı bir senzuraya əl atıb.

Qəzet, aralarında Türkiyə baş naziri Əhməd Davudoğlunun da olduğu çox sayda liderin qol-qola gedərkən çəkilən fotodan manşetdə istifadə ediblər. Ancaq qəzet digər mətbuat orqanlarından fərqlənib.

"Hamevasser" qəzeti fotoda yer alan qadın siyasətçiləri "Photoshop" vasitəsilə şəkildən çıxarıb.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR