Əmək haqları ilə bağlı ciddi nöqsanlar aşkarlandı

Əmək haqları ilə bağlı ciddi nöqsanlar aşkarlandı
16:54 13 Yanvar 2015
180 Sosial
Ölkə mətbuatı
A- A+

Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) ötən il həyata keçirdiyi dövlət nəzarəti tədbirləri, habelə ərizə və müraciətlərin araşdırılması zamanı işəgötürənlər tərəfindən 20417 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, aparılan təhlillər zamanı hüquq pozuntularının daha çox əmək münasibətlərinin rəsmiləşdirilməməsi, əmək müqavilələrinin şərtlərinin yerinə yetirilməməsi, əməyin mühafizəsində, əmək haqqının hesablanması və ya ödənilməsində nöqsanlar,  texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi və s. ilə bağlı olduğu müəyyən olunub.

Həmçinin  belə halların əsasən özəl sektora aid müəssisələrdə, topdansatış və pərakəndə ticarət, ictimai iaşə, avtomobillərin təmiri, emal və tikinti sektorlarında baş verdiyi aydın olub. Qeyd olunan hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib. Digər pozuntuların aradan qaldırılması müəyyən vaxt tələb etdiyindən onların ləğvi üçün isə işəgötürənlərə icrası məcburi olan göstərişlər verilərək icrası nəzarətə götürülüb.

Əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri əsasında cərimələr tətbiq olunub. Cərimələrin 44,6%-i, yəni 1915347 manatı dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü illə müqayisədə 24 dəfə çoxdur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190235

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR