Pulun iyinə komadan oyandı

Pulun iyinə komadan oyandı
16:56 13 Yanvar 2015
192 Digər
Ölkə mətbuatı
A- A+

Çində xəstəxanada qeyri-adi hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, 1 ildən çox müddətdir komada olan bir gənc tibb bacısının pul iylətdirməsindən dərhal sonra oyanıb.

Bu hadisə pulun gücünü bir daha sübut edib. Xəstə Xiao Li tibb bacının ona 100 yuan (16$) pul iylətdirənə qədər xəstəxanada huşsuz halda yatırmış.

Bunun qeyri-adi hadisə olduğunu deyən həkim Liu Tanq çaşqınlığını gizlətməyib. Həkim "20 illik peşə həyatım boyu belə bir şey görməmişəm" deyə bildirib.

Xiao Li 1 həftə yuxusuz şəkildə internet kafedə vaxt keçirdikdən sonra 2013-cü ilin avqust ayınında komaya girib. Lini aylarla oyatmaq üçün çalışdıqlarını deyən həkim bu cəhdlərinin müvəffəqiyyətsiz olduğunu bildirib. Həkim Tanq ailə ilə danışıqlarının ardından Linin ən çox dəyər verdiyi şeyin pul olduğunu və bunu sınamağa qərar verdiklərini bildirib.

Həkim hazırda Linin vəziyyətinin yaxşı olduğunu bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR