Cəlilabad sakini heroini könüllü olaraq polisə təhvil verib

Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər 13 qrama yaxın heroini könüllü olaraq polis əməkdaşlarına təqdim edib.

DİN Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, aparılan araşdırmalarla həmin narkotik vasitəni satan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir Mirzəyev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Ağstafada 5 yaşlı uşaq sosial şəbəkələrin ulduzuna çevrilib - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR