Türkiyədə Xocalı abidəsi

Türkiyədə Xocalı abidəsi
17:26 13 Yanvar 2015
199 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin daha bir şəhərində Xocalı faciəsinin qurbanlarının xatirəsinə abidə ucaldılır. ANS PRESS-in məlumatına görə, abidə İzmit bələdiyyəsi tərəfindən hazırlanıb.

Abidənin açılışının fevral ayında olacağı planlaşdırılır.

5 min 598 kvadrat metrlik Yenişehir Məhəllə meydanında qurulacaq abidə üçün İzmit bələdiyyə başçısı Nevzat Doğanın təlimatı iləlayihə hazırlanıb. Abidə üçün bütün hazırıqlar görülüb.

Abidənin hündürlüyü 3,30 metr olacaq. Burada Azərbaycan və Türkiyənin qardaşlığını simvolizə edən bayraq rəmzlərindən istifadə ediləcək. Səmaya yüksələn sütunlar şəhidləri təmsil edəcək.

Hədəf abidəni Xocalı qətliamının ildönümünə kimi hazırlayıb başa çatdırmaqdır.

Xatırladaq ki, ermənilər tərəfindən Xocalı qətliamı 1992-ci il fevral ayının 25-dən 26-na keçə
n gecə törədilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=319415

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR