“Neftçi” Rəhman Hacıyevlə 3 illik müqavilə imzalayıb

17:27 13 Yanvar 2015
167 İdman
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 17:23 ]


Bakı – APA. “Bakı” ilə yollarını ayıran Rəhman Hacıyevin yeni klubu məlum olub. Apasport.az saytının məlumatına görə, gənc hücumçunun karyerasını “Neftçi”də davam etdirəcəyi dəqiqləşib.

 

“Bakı”ya öz cibindən müəyyən təzminat ödəyərək transfer vərəqəsini alan gənclər millimizin sabiq üzvü “Neftçi” ilə artıq anlaşıb. 22 yaşlı oyunçu paytaxt klubu ilə 3 illik müqaviləyə qol çəkib. O, bu həftə Antalyaya yollanaraq, yeni komandasının düşərgəsinə qoşulacaq. Bu məlumatı əməkdaşımızla söhbətində Hacıyev özü də təsdiqləyib.

 

Qeyd edək ki, Rəhman Hacıyev cari mövsümün ilk dövrəsini Türkiyənin “Qaziantep BB” klubunda keçirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368943

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR