Sabah güləşçilərimizin rəqibləri məlum olacaq

Sabah güləşçilərimizin rəqibləri məlum olacaq
17:33 13 Yanvar 2015
206 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İlkin İzzət/

Sərbəst, yunan-Roma və qadın güləşi üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, püşkatma mərasimi yanvarın 14-də Bakı vaxtı ilə saat 17:00-da İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində baş tutacaq.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə Dünya Kuboku fevralın 19-20-də İran İslam Respublikasının paytaxtı Tehranda, qadın güləşi üzrə Dünya Kuboku 7-8 martda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində və sərbəst güləş üzrə Dünya Kuboku yarışları isə, aprelin 11-12-də ABŞ-ın Los-Anceles şəhərində baş tutacaq.

Ötən ilin dünya çempionatında göstərdiyi nəticələrə görə hər üç növ üzrə güləş yığmamız Dünya Kuboku yarışlarında iştirak haqqı qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2352777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR