“Avro-2020-də maraqlı oyunların şahidi olacağıq” - Rövnəq Abdullayev

AFFA-nın prezidenti Rövnəq Abdullayev bu gün İrlandiyanın paytaxtı Dublində keçirilmiş Avro-2020-nin seçmə mərhələsinin püşkatmasına münasibət bildirib.

Metbuat.az-ın məlumatına görə, AFFA-nın rəsmi saytına danışan R. Abdullayev qrupda maraqlı oyunların şahidi olacağımızı söyləyib:

“İlk növbədə onu demək olar ki, qrupumuzdakı komandaların hər biri ilə müəyyən tanışlığımız var. Müxtəlif illərdə həm dünya çempionatının, həm də Avropa çempionatının seçmə mərhələsində qarşılaşmışıq. Bununla belə, futbol dinamik, inkişafda olan idman növüdür. Təbii ki, hər bir milli komandanın da oyununda zaman-zaman dəyişikliklərin, yeniliklərin şahidi oluruq. Avro-2020-nin seçmə mərhələsində maraqlı oyunların şahidi olacağımıza əminəm. Millimizə həmin oyunlarda uğurlar, qələbə sevinci arzu edirəm. Avro-2020 bizim üçün təşkilati baxımdan da əlamətdar turnirdir. Final mərhələsinin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu baxımdan, Azərbaycan futbol ailəsinin hər bir üzvünə qarşıdakı müddətdə uğurlar arzulayıram”.

Qeyd edək ki, millimiz seçmə mərhələdə Xorvatiya, Uels, SlovakiyaMacarıstanla E qrupunda mübarizə aparacaq.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR