Qurban Qurbanov püşkü dəyərləndirdi

Milli komandamızın baş məşqçisi Qurban Qurbanov İrlandiyanın paytaxtı Dublində təşkil olunan Avro-2020-nin seçmə mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirib.

Metbuat.az xəbər verir ki, təcrübəli mütəxəssis AFFA-nın rəsmi saytına açıqlamasında maraqlı qrupa düşdüyümüzü bildirib: “Maraqlı qrupa düşdük. Bütün komandalar tanışdır. Hər bir komandaya qarşı yaxşı mübarizə aparmaq olar. Mart ayınadək komandanı tam formalaşdırmalı və rəqibləri daha yaxından tanımağa başlamalıyıq”.

Q. Qurbanov vurğulayıb ki, rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirmək lazımdır: “Elə komandalar var ki, futbolçular həmin rəqiblərə qarşı oyunlarda daha inamlı olurlar. Bu amil xüsusən xal aldığın komandalarla görüşlərdə daha çox özünü büruzə verir. Ancaq illər keçir, nəsil dəyişimi baş verir. Ona görə biz rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik".

Qeyd edək ki, millimiz seçmə mərhələdə Xorvatiya, Uels, SlovakiyaMacarıstanla E qrupunda mübarizə aparacaq.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR