"Bədən ölçümdən də razı deyiləm"

"Bədən ölçümdən də razı deyiləm"
17:47 13 Yanvar 2015
243 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Afaq Gəncəli boyundan narazıdır
Milli.Az xəbər verir ki, axşam.az-ın əməkdaşı ilə söhbətində aparıcı hər zaman hündürdaban ayaqqabı geyinməsinin səbəbinin də bu olduğunu deyib:

"Çox kompleksli insan deyiləm. Bircə boyumdan narazıyam. Hazırda 161 santimetr boyum var. İstərdim ki, 168 olsun. Bu kompleksimə görə heç vaxt düz, rahat ayaqqabı geyinə bilmirəm. Bədən ölçümdən də razı deyiləm. Ona görə də, rahat libaslar geyinə bilmirəm. Hər zaman 50 kiloqram olmağı arzulamışam, alınmır".

A.Gəncəli oğlu Qədirxana qoyduğu qadağalardan da bəhs edib:

"Ona çox qadağalar qoyuram. Telefon hər zaman işlədə bilər. Amma iPad yox. Müəyyən saat oynasın, həmin vaxt bitəndə yerə qoymalıdır. Oğlumu heç vaxt döyməmişəm. Amma cəzalandırmışam. Səhv edəndə onu ən çox istədiyi nəyisə almamaqla cəzalandırıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR