"Simurq" - "Dyusburq" matçının saatı açıqlandı

"Simurq" - "Dyusburq" matçının saatı açıqlandı
17:52 13 Yanvar 2015
153 İdman
Ölkə mətbuatı
A- A+

"Simurq" bu gün qış təlim-məşq toplanışı çərçivəində ilk yoxlama görüşünü keçirməli idi. Fanat.az xəbər verir ki, Türkiyədə hazırda əlverişsiz hava şəraitinin davam etməsilə əlaqədar, Zaqatala təmsilçisinin Qazaxıstan "Şaxtyor"u ilə oyunu baş tutmayacaq. Güclü yağış qarşılaşmanın keçiriləcəyi meydançanı yararsız vəziyyətə gətirib. 

"Simurq"un növbəti yoxlama görüşü isə yanvarın 15-nə nəzərdə tutulub. Təmsilçimizin rəqibi Almaniyanın "Dyusburq" kollektivi olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17.30-da start götürəcək və "Arkadia İdman Mərkəzi"nin meydançasında keçiriləcək.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR