Lənkəranda naməlum şəxs evə basqın edib

Lənkəranda evə basqın edilib.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Şeydəkəran kəndində baş verib.

Naməlum şəxs dekabrın 1-də gecə saat 01 radələrində kənd sakini Ağayeva Əfiqə Rzalı qızının evinə basqın edib. Ev sahibəsi səsə oyanıb və səs gələn tərəfə gedib. Bu vaxt naməlum şəxs ona hücum edərək yerə yıxıb.

Daha sonra naməlum şəxs qadına bıçaqla zərbələr endirərək ona zorakılıq tətbiq edib və evdə olan 57 manat, eləcə də qızıl üzüyü götürüb hadisə yerindən qaçıb.

Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-ci (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb və evə basqın edən şəxsin tutulması istiqamətində axtarış aparılır.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR