“Bank VTB (Azərbaycan)” yeni “Universal Plyus” depozit məhsulunu təklif edir

17:52 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 17:46 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank VTB (Azərbaycan)” yeni “Universal Plyus” depozit məhsulunu təklif edir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, depozitin üstünlüyü təklif olunan bonuslardadır ki, bununla da əmanət üzrə maksimal faiz dərəcəsi illik 12%-dək təşkil edir.

 

Yeni məhsulun şərtlərinə əsasən depozit üzrə hesablanan faizlər müştərinin seçimindən asılı olaraq hər ay və ya müddətin sonunda ödənilir. Əmanət müddətin sonunda faizlərin ödənilməsi şərti ilə açıldıqda, bonuslar hesablanmış faizlərin üzərinə əlavə olunur. Əmanət faizlərin aylıq əsasda ödənilməsi şərti ilə olduqda, bonus ilkin əmanət məbləğinə əlavə olunur. Bundan başqa, bonus proqramına əsasən, müştərilərə plastik kart və pulsuz SMS-xəbərdarlıq xidməti hədiyyə olunur.

 

Əmanətin sığortalanmasına üstünlük verən müştərilərə bu məhsul üzrə daha aşağı faiz seçmək təklif olunur. Belə ki, müştərilər “Universal Plyus” əmanətini standart, yəni bonussuz  şərti ilə şeçə bilər. Bu halda əmanət üzrə faiz dərəcəsi 9% təşkil edir və depozit Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmış olur.

 

Qeyd edək ki, “Universal Plyus” əmanəti milli valyutada açılır və depozitin minimal məbləği 300 manat təşkil edir. Əmanətin müddəti 3 aydan 36 ayadəkdir. Minimal məbləğ 100 manat olmaqla depozit müddətinin birinci yarısında əmanətin artırılması mümkündür.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368947

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR