Ukraynada sərnişin avtobusunun separatçılar tərəfindən atəşə tutulması nəticəsində 10 dinc sakin həlak olub

17:57 13 Yanvar 2015
155 Dünya
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 17:55 ]

Bakı. Rüfət Əhmədzadə - APA. Ukraynada hökumət qüvvələrinin nəzarət-buraxılış məntəqəsini artilleriya atəşinə tutan separatçılar içərisində dinc sakinlər olan avtobusu partladıblar.

 APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Donetsk vilayətinin milis rəisi Vyaçeslav Abroskin bildirib. O deyib ki, Ukrayna vaxtı ilə  saat 14:30 radələrində hökumət qoşunlarının blok-postuna doğru atılan mərmi birbaşa yaxında olan reys avtobusuna dəyib. Artilleriya zərbəsi 10 nəfər dinc sakinin həyatına son qoyub, 13 nəfər yaralanıb.

 

V. Abroskin əlavə edib ki, hazırda hadisə yerində Ukrayna DİN Baş İdarəsinin istintaq-əməliyyat qrupu işləyir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR