Rusiya-Ukrayna sərhədini qanunsuz keçmək istəyən 2 Azərbaycan vətəndaşı saxlanılıb

18:02 13 Yanvar 2015
156 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 17:57 ]

Moskva. Fərid Əkbərov - APA. Rusiya-Ukrayna sərhədini qanunsuz keçmək istəyən iki Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, adları açıqlanmayan Azərbaycan vətəndaşları Rusiya-Ukrayna sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda keçmək istəyib.


Hadisə Rusiyanın Belqorod vilayətində, Ukrayna ilə sərhəddə yerləşən Şetinkova kəndi yaxınlığında baş verib. Azərbaycanlılar nəzarət-buraxılış məntəqəsindən kənar ərazidə sərhədi keçmək istəyərkən yaxalanıblar.

Araşdırma zamanı ortaya çıxıb ki, hər iki Azərbaycan vətəndaşının Rusiyaya girişi daha əvvəl qadağan olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368949

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR