Ukraynada sərnişin avtobusu atəşə tutuldu: 10 nəfər öldü

Ukraynada sərnişin avtobusu atəşə tutuldu: 10 nəfər öldü
18:09 13 Yanvar 2015
147 Dünya
Ölkə mətbuatı
A- A+

 

 

Ukraynada hökumət qüvvələrinin nəzarət-buraxılış məntəqəsini artilleriya atəşinə tutan separatçılar içərisində dinc sakinlər olan avtobusu partladıblar.


 

 APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Donetsk vilayətinin milis rəisi Vyaçeslav Abroskin bildirib. O deyib ki, Ukrayna vaxtı ilə  saat 14:30 radələrində hökumət qoşunlarının blok-postuna doğru atılan mərmi birbaşa yaxında olan reys avtobusuna dəyib. Artilleriya zərbəsi 10 nəfər dinc sakinin həyatına son qoyub, 13 nəfər yaralanıb.

 

V. Abroskin əlavə edib ki, hazırda hadisə yerində Ukrayna DİN Baş İdarəsinin istintaq-əməliyyat qrupu işləyir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR