Ələt-Astara yolunda qəza:

Bu gün saat 08:20 radələrində Ələt-Astara-İran sərhəd avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 67-ci kilometrliyində Lerik rayon sakini Pərviz Quliyev idarə etdiyi 99-MP-962 dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək onunla eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı yük avtomobilin arxa hissəsinə çırpılıb.

BDYPİ-dən Metbuat.az-a verilən məlumata görə, nəticədə, avtomobildə olan sərnişinlərdən, sürücünün dayısı A.Diniyev hadisə yerində həyatını itirib, sürücü özü, anası, habelə dayısının həyat yoldaşı və dayısı qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Sürücü P.Quliyev ilkin ifadəsi zamanı mərhum dayısının avtomobilin salonundakı saxlanc yerinin qapağını açmağa çətinlik çəkdiyini görüb ona kömək etmək məqsədilə diqqətini yoldan ayırdığını və bu zaman avtomobilin idarəetmədən çıxaraq qarşıda gedən “Kamaz” markalı yük avtomobilinə çırpıldığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR