Azərbaycanlıların yeni Rusiya cinayəti (FOTO)

Azərbaycanlıların yeni Rusiya cinayəti (FOTO)
18:16 13 Yanvar 2015
199 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının Dağıstan Respublikasının prezidenti Ramzan Abdulatipovun qardaşı Rəcəb Abdulatipov həbs olunub.

ANS PRESS-in məlumatına görə, Rəcəb Abdulatipov bir sıra cinayətlərdə, həmçinin etnik azərbaycanlı, iş adamı Nəriman Əliyevin öldürülməsində günahlandırılır. Rusiya mətbuatının yazdığına görə, Rəcəb Abdulatipov və əlaltısı, milliyyətcə azərbaycanlı Rafik İdrisov Azərbaycandan qeyri-leqal yolla spirt idxal edirmişlər.

Bu, onlara böyük qazanc gətirirmiş. Onlar milliyyətcə azərbaycanlı Nəriman Əliyevə məxsus firmadan istifadə edirmişlər, sənədləri Nəriman Əliyevin xəbəri olmadan onun müavini imzalayırmış. Nəriman Əliyev məsələdən xəbər tutan kimi lazımi dairələrə xəbər vermək istəyir. Bu, onun və xanımının ölümünə səbəb olur. Qətlin sifarişçisi Rafik İdrisov isə, əvvəl Azərbaycana, sonra İsrailə qaçır. Amma cinayəti Moskvadan gəlmiş xüsusi briqada açıb.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR