Kompyuter virusları haqqında maraqlı faktlar

İnternet dünyası nə qədər çox faydalı məlumatla dolu olsa da eyni zamanda kompyuter və telefonlarınız üçün təhlükəli olan proqramlar ilə zəngindir. Milyonlarla insanlara zərər vermiş bu təhlükələr haqqında sizə geniş məlumat hazırladıq.

İlk kompyuter virusu 1970 - ci illərdə “ARPANET” şəbəkəsində aşkar olunub. Bu virus 1971- ci ildə Bob Tomasom tərəfindən yazılan eksperimental bir proqram olub.

“Melissa” adlandırılan virus o qədər güclü bir virus olub ki, o “Microsoft” və digər nəhəng şirkətləri elektron məktub səhifələrini söndürməyə belə məcbur edib. Şirkətin məktub servisi virus tam silinənə qədər çalışmayıb.

“ADWARE” çox təhlükəli kompyuter virusu hesab olunmur. Lakin, bu proqramın əsas işi gizlincə sizin kompyuterə daxil olub internet vasitəsilə hansı saytlara girdiyinizi, nə ilə maraqlandığınızı ortaya çıxarır. Məlumatları topladıqdan sonra bunu yaxın dostu “ADWARE” ötürür. Bu yolla sizin maraqlara uyğun reklam göstərir.

Kompyuter şəbəkəsi geniş vüsət aldıqdan sonra əksəriyyət viruslar disklər vasitəsi ilə yayılmağa başlayıb. Xüsusilə internet kafelərdən hansısa məlumatı flash disklər vasitəsilə götürəndə yaxud dostunuzun flash kartı vasitəsilə məlumatları komyupterinizə köçürən zaman belə virusların cihazınıza düşmə ehtimalı böyükdür. Bu tipli viruslar özlərini yeniləmə xüsusiyyətinə malikdirlər. Kompyuterinizdə bu virusları işə salan zaman viruslar yayılmağa başlayır və kompyuterin sürətini azaldır.

Kompyuter viruslarının yaradılması ABŞ-da qanunazidd hesab olunumur. Lakin, hər ölkədə bu sahədə qanunlar başqa cür çalışır. Məsələn, Almaniyada kompyuter viruslarını mübadilə etmək səbəbindən asılı olmayaraq qadağan olunub. Finlandiyada isə virus proqramların yazılması belə qadağandır. Kompyuter viruslarının geniş vüsət alması yeni kompyuter cinayətlərinin yaranmasına səbəb olur.

Tarixdə ən bahalı kompyuter virusu “MYDoom” virusu olub. Bu virus 2004 - cü ilin yanvarında buraxılıb və 38 milyard dollar dəyərində zərərə səbəb olub. Qiymətləndirməyə əsasən məlum olub ki, bu virus elektron məktubların 25% - nə yoluxub.

1990- cı ildə cəmi 50 məhşur kompyuter virusu aşkarlanıb. 1990-cı illərin sonunda isə virusların sayı sürətlə artaraq 48 000 - ə qədər yüksəlmişdi. Bu gün hər ay 6 000 yeni viruslar meydana çıxır.

Bəzi virusların müəllifi uşaqlar olur. Belə ki, proqramlaşdırma sahəsində öz bacarıqlarını yoxlamaq istəyərkən özləri də bilmədən yeni virus yaratmış olurlar.

Tədqiqatçıların kompyuter sahəsində təhlükəsizliyi naminə göstərdikləri səylərə baxmayaraq, müasir dövrdə heç bir antivirus proqramı bütün kompyuter visrusarını müəyyən etmək iqtidarında deyil.

Ən təhlükəli virus növlərindən biri “Trojan” virusudur. Vəzifəsi isə sadədir. Sizin bütün bank hesabları və kredit kartı məlumatlarınızı ələ keçirərək sahibinə çatdırır. Bundan əlavə kompyuterinizin lazımı fayllarına daxil olaraq informasiya əldə edir. İstifadə etdiyiniz platformalara giriş etmək də çətinlik çəkirsiz və bu sizə böyük maddi zərərə səbəb olur.//İkisahil.az

“Whatsapp”da yayılan mesajı açmayın! - Xəbərdarlıq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR