Bakıda avtobusda dava düşdü

Dünən axşam saatlarında 57 saylı avtobusda dava düşüb.

Metbuat.az xəbər.tv-yə istinadən xəbər verir ki, Həzi Aslanov metrosunun yaxınlığında avtobusa 2 nəfər 35-40 yaşlı sərxoş kişi minib.

Minən kimi də sürücü ilə mübahisə etməyə başlayıblar. Daha sonra isə sərnişinlərlə mübahisə ediblər.

Sərnişinlərin sərt reaksiyasını və sürücünü müdafiə etmələrini görüb Ukrayna dairəsinin yaxınlığında avtobusdan eniblər.

Enərkən isə qadınlardan birinə qarşı nalayiq ifadələr işlədiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR