Seymur Həziyevin vəkilinin vəsatəti təmin edilib

18:22 13 Yanvar 2015
163 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 18:17 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Abşeron Rayon Məhkəməsində həbsdə olan jurnalist Seymur Həziyevin və Məhərrəm Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkili Adil İsmayılov çıxış edib. O, cinayət işinin istintaqını aparan Abşeron Rayon Polis İdarəsinin müstəntiqi Bilal Nəbiyevin məhkəməyə çağırılaraq dindirilməsi barədə vəsatət verib. Hakim vəsatəti təmin edib.

 

Proses yanvarın 22-də davam etdiriləcək.

 

Abşeron rayon Polis Şöbəsi və Abşeron rayon Prokurorluğunun birgə yaydığı məlumata görə, avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Seymur Həziyevlə Bakı şəhər sakini Məhərrəm Həsənov arasında yaranmış mübahisə zamanı xuliqanlıq hərəkətlərinə yol verilməsi faktı ilə bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və S. Həziyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Aparılmış istintaqla həmçinin M. Həsənovun aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə, S. Həziyevi söyərək yumruqla vurub sonuncuya bədən xəsarətləri yetirməsində əsaslı şübhələr müəyyən edildiyindən o, sentyabrın 3-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

M. Həsənova Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR