Keçmiş əri Gültəkin Hacıbəyliyə 6 ay həbs tələb edir

Keçmiş əri Gültəkin Hacıbəyliyə 6 ay həbs tələb edir
18:24 13 Yanvar 2015
212 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Yasamal rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə sabiq deputat Gültəkin Hacıbəylinin işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib. Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, prosesdə Gültəkin Hacıbəylinin keçmiş əri Mahmud Mehdiyev və onun bacısı Aynur Mehdiyeva ittiham çıxışı ediblər.

Mahmud Mehdiyev G.Hacıbəylinin Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Aynur Mehdiyeva isə keçmiş gəlinlərini Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək 3 il 6 ay müddətində azadlıqdan məhrum olunmasını xahiş edib.

Növbəti məhkəmə prosesi yanvarın 19-na təyin edilib.

Qeyd edək ki, Mahmud Mehdiyev və Aynur Mehdiyeva məhkəməyə müraciət edərək G.Hacıbəylinin xüsusi ittiham qaydasında – Cinayət Məcəlləsinin 147-ci maddəsinə (bu maddə şəxsin şərəf və ləyaqətini KİV-də ləkələyən yalan məlumatların yayılmasına görə cəza verilməsini nəzərdə tutur) əsasən cəzalandırılmasını istəyiblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR