“Android” planşetləri üçün “WhatsApp” messenceri təqdim ediləcək

“WhatsApp” messencerinin komandası planşetlərdə istifadə üçün optimallaşdırılmış və çoxdan gözlənilən proqramı təqdim etməyə hazırlaşırlar. Bu haqda “WABetaInfo” resursu məlumat verib.

Metbuat.az xəbər verir ki, messencerin beta-test proqramında iştirak edən istifadəçilər artıq proqramı “Google Play” mağazasından “Android” planşetə quraşdıra bilərlər.

Beləliklə, planşet üçün nəzərdə tutulmuş “WhatsApp” mobil tətbiqi, hələ ki, beta-test mərhələsindədir, nasaz işləyə bilər və natamam funksionallığa malikdir.

Planşetdə “WhatsApp” proqramından istifadə etməkdən ötrü SİM kart üçün slota malik model lazımdır.//ICTnews

Bakı Beynəlxalq Avtovağzal Kompleksində yeni təyinat - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR