Yeni fırıldaqçı virus yayılmağa başlayıb

Yeni fırıldaqçı virus yayılmağa başlayıb
12:35 6 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Çin ərazisində ölkənin populyar “WeChat” messenceri vasitəsilə yeni fırıldaqçı virus sürətlə yayılmağa başlayıb. Bu barədə “Velvet Security” şirkətinin hesabatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, zərərli proqram qurbanların fayllarını şifrləyərək 110 yuan (15 dollar) məbləğində pul tələb edir. Bundan başqa fırıldaqçı virus “Alipay”, “NetEase”, “Baidu Cloud Disk”, “Jingdong”, “Taobao”, “Tmall”, “QQ” və “AliWangWang” servisləri üçün istifadəçi hesablarının parollarını oğurlayır.

Məlumata görə, zərərli proqram dekabrın 1-də aktivləşməyə başlayıb. İndiyədək ekspertlər tərəfindən 100 mindən çox qurğunun virusa yoluxması qeydə alınıb.

“Velvet Security” analitiklərinin sözlərinə görə, onlar tərəfindən virusun şifrlənməsində boşluq aşkarlanıb. Bunun sayəsində istifadəçilərə məlumatların şifrinin pulsuz açılması təklif edilib.

Bundan əvvəl isə məlum olub ki, kibertəhlükəsizlik sahəsi üzrə ekspertlər “Google Play” mağazasında orijinal proqram adı ilə maskalanmış 13 saxta əlavə aşkarlayıblar. Onlar ümumilikdə 560 min dəfədən çox yüklənib.

Nizam Nuriyev




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-58017-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR