Prezident İlham Əliyev Kolinda Qrabar-Kitaroviçi Xorvatiya prezidenti seçilməsi münasibəti ilə təbrik edib

18:27 13 Yanvar 2015
143 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 18:23 ]


Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev xanım Kolinda Qrabar-Kitaroviçi Xorvatiya prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

 

”Hörmətli xanım Qrabar-Kitaroviç, Xorvatiya Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Xorvatiya əlaqələrinin, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368955

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR