Dünyanı ayağa qaldıracaq ADDIM, Paşinyan sabah HÜCUMA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Dünyanı ayağa qaldıracaq ADDIM, Paşinyan sabah HÜCUMA… - GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 6 Dekabr 2018
130 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfər edib. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib. Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllini dəstəkləyir. İsrail təxminən on ölkə ilə səfirliklərin Təl-Əvivdən Qüdsə daşınması haqqında danışıqlar aparır. ABŞ Kerç boğazında baş verən hadisə fonunda Qara dənizə hərbi gəmilərin göndərilməsinə hazırlığa başlayıb. Ukrayna Rusiya ilə sərhəddə öz ordusunun sayını artırır.

Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gəlib. Dövlətimizin başçısını Sankt-Peterburq şəhərindəki Pulkova-1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeniy Qriqoryev və digər rəsmi şəxslər qarşladılar.

İlham Əliyev Putinlə görüşdü - FOTO (YENİLƏNDİ)

ATƏT məkanında mövcud münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır. Bunu xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında çıxışı zamanı deyib.

Məmmədyarov: ATƏT məkanındakı münaqişələr sülhə və təhlükəsizliyə təhdid olaraq qalır

İtaliyanın Milan şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimalla gələn ay davam etdirilməsi razılaşdırılıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, dünən İtaliyanın Milan şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak edib.

Avropa İttifaqı (Aİ) Gürcüstandakı, Moldovadakı münaqişələrin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tam töhfə verməyə davam edəcək. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Milanda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının illik toplantısında bildirib.

O deyib ki, ATƏT məkanında münaqişələrin həllində konfrontrasiyaya yer yoxdur və yalnız əməkdaşlıq təşkilat daxilində sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edə bilər.

Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllini dəstəkləyir. Bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının Milandakı illik iclasında Ukraynanın Xarici İşlər naziri Pavel Klimkin bildirib.

“Gürcüstan, Azərbaycan, Moldova ərazilərindəki münaqişələrin bu ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində tam və dinc yolla həlli ümumi amalımız olmalıdır”, - nazir vurğulayıb.

Ukraynanın XİN rəhbəri həmçinin region ölkələrinin təhlükəsizliyini təmin etməkdə ATƏT-in mühüm platform olaraq qaldığını diqqətə çatdırıb.

Ermənistanda Nikol Paşinyanın komandası 7 və 8 dekabrda, həmçinin seçki günü – 9 dekabrda Respublika Partiyasının seçki qərargahlarına gözlənilməz məqamda müdaxilə etməyi planlaşdırır. Bu barədə “168 jam” qəzeti yazıb.

Qəzet qeyd edir ki, müdaxilələr müvafiq siqnallardan sonra başlanacaq.

“Məqsəd qorxu atmosferi yaratmaq və qərargahların işini iflic etməkdir. Müdaxiləni əsas hədəfi isə Respublika Partiyasının mərkəzi ofisi olacaq”, - deyə qəzet mənbələrə istinadən yazıb.

İsrail təxminən on ölkə ilə səfirliklərin Təl-Əvivdən Qüdsə daşınması haqqında danışıqlar aparır. Bu haqda “RİA-Novosti” agentliyinə Yerusəlimin işləri üzrə nazir Zeev Elkin bildirib.

Onun sözlərinə görə, bu ölkələr arasında keçmiş SSRİ respublikaları da var.

İsraildən müsəlman dünyasını AYAĞA QALDIRACAQ ADDIM: 10 ölkə ilə…

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Makkampbell” hərbi gəmisi Rusiyanın Sakit okean donanmasına aid dəniz bazasının yerləşdiyi Böyük Pyotr körfəzinin yaxınlığından keçib. Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinindən informasiya yayılıb.

İnsident bir çox ekspertlər tərəfindən ABŞ-ın Moskvaya qarşı güc nümayişi kimi qəbul edilib.

ABŞ Kerç boğazında baş verən hadisə fonunda Qara dənizə hərbi gəmilərin göndərilməsinə hazırlığa başlayıb. Bu haqda üç mənbəyinə istinadən CNN telekanalı bildirib.

Telekanalın məlumatına görə, Amerika hərbçiləri öz planları barədə Türkiyəni xəbərdar etmək üçün Dövlət Departamentinə sorğu göndəriblər.

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Qara dənizə girmək haqqına sahibdirlər, amma Rusiya özünə qarşı mümkün provokasiyaların heç birini cavabsız qoymayacaq. Bunu “RİA Novosti”yə açıqlamasında Qara dəniz donanmasının keçmiş komandanı admiral Vladimir Komoyedov deyib.

“Heç kim ABŞ-a Qara dənizdə üzməyi qadağan etmir. Montrö razılaşmasına əsasən, onların gəmiləri Qara dənizdə 21 gün qala bilər. Ona görə də hələ də amerikalıların nəyə hazırlaşdığı mənə aydın deyil. Onların Ukraynanı necə dəstəkləyəcəyi də aydın deyil. Rusiya ABŞ-ın provokasiyalarını cavabsız qoymayacaq”, – deyə o bildirib.

“Bu addım Kerç boğazında Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə cavabdır”, - mənbələr söyləyiblər.ABŞ Kerç boğazında Rusiyanın təcavüzünə cavab olaraq iqtisadi sanksiyaların tətbiqinə, həmçinin Ukraynaya hərbi texnikayla ciddi yardıma baxır. Bu haqda ABŞ-ın Ukraynadakı keçmiş səfiri Uilyam Teylor “Apostrof” nəşrinə açıqlamasında bildirib.

Rusiyaya hərbi cavab hazırlanır - Keçmiş səfir DETALLARI AÇIQLADI

Rusiya Qara dəniz sularında Ukrayna gəmilərinə hücuma görə SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) maliyyə sistemindən kənarlaşdırıla bilər. Bu haqda ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker “Amerikanın Səsi” radiosuna bildirib. “Yekunda belə bir variant tətbiqi imkanını saxlamalıyıq, çünki biz Rusiya qonşular barəsində yeni təcavüzkar addımlara təşəbbüs etməsinə sakit baxa bilmərik”, – Volker vurğulayıb.

Bundan başqa, ABŞ-ın Avropa müttəfiqləri Krım və ya Azov dənizindən çıxan Rusiya gəmilərinə Avropa limanlarına girməyi qadağan edə bilər. Volkerin sözlərinə görə, belə təkliflə yaxın vaxtlarda Almaniyanın hakim Xristian-Demokrat İttifaqının birinci katibi Anneqret Kramp-Karrenbauer (Almaniya kansleri Angela Merkelin varisi ola bilər –red.) çıxış edib.

Qeyd edək ki, dünyanın 200-dən çox ölkəsinin 10,5 mindən çox bankı Belçikanın La-Yulp şəhərində yerləşən SWIFT-in xidmətlərindən xarici banklara pul göndərmək üçün istifadə edir.

Ukrayna Rusiya ilə sərhəddə öz ordusunun sayını artırır. Bu məlumatı öz Tvitter səhifəsində Ukrayna Prezidenti Pyotr Poroşenko paylaşıb. O bu addımı ölkənin müdafiə imkanlarının gücləndirilməsi üçün atdıqlarını bildirib.

Qeyd edək ki, Kerç insidenti ilə əlaqədar Ukraynanın 10 vilayətində hərbi vəziyyət elan olunub. Hərbi vəziyyətin 30 gün müddətində davam edəcəyi bildirilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/262263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR