Qaçaqmalçılıqda şübhəli bilinən prezident qardaşı həbs edilibmi?

Qaçaqmalçılıqda şübhəli bilinən prezident qardaşı həbs edilibmi?
18:29 13 Yanvar 2015
164 Ölkə
Ölkə mətbuatı
A- A+

“RİA-Daqestan” azərbaycanlı biznesmenlə əlbir olduğu deyilən Rəcəb Abdulatipov ilə bağlı xəbəri təkzib edib

Dağıstan prezidenti Ramazan Abdulatipovun qardaşı, Federal Miqrasiya Xidmətinin Respublika İdarəsinin rəhbəri Rəcəb Abdulatipov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Lent.az-ın məlumatına görə, bu barədə kavkazpress.ru saytı məlumat yayıb.

 

Məlumatda deyilir ki, R. Abdulatipov qətllər törətməkdə və spirt qaçaqmalçılığında şübhəli bilinir.

 

Saytın məlumatına görə, Rəcəb Abdulatipov bu işlərdə “Krot” ləqəbli, əslən azərbaycanlı Rafiq İdrisovla əlbir olub. Bir müddət əvvəl, bu məsələlər ölkə rəhbərliyinin diqqətinə çatdıqda, narahatlığı duyan “Krot” Dağıstandan qaçmağa müvəffəq olub və hazırda onun İsraildə yaşadığı ehtimal olunur. 

 

Rafiq İdrisov, həmçinin spirt qaçaqmalçılığında əlbir olduğu Nəriman Əliyevin və həyat yoldaşının qətlində günahlandırılır.

 

Qeyd edək ki, “RİA-Daqestan” agentliyi bu məlumatı təkzib edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR