Elmar Məmmədyarov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb

Milanda ATƏT Nazirlər Şurasının 25-ci iclasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir ilə görüşüb.

XİN-dən Metbuat.az-a verilən məlumata görə, görüş zamanı ATƏT-in ifadə və media azadlığı üzrə öhdəlikləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər əsas danışıq mövzusu olub. ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə iki ölkə arasında mövcud əməkdaşlıq münasibətlərinin perspektivləri üzrə fikir mübadiləsi aparılıb və bu istiqamətdə atıla biləcək mümkün addımlar müzakirə olunub.

Tərəflər arasında, həmçinin yeni texnologiya vasitələrinin media və ifadə azadlığı üzrə inkişafa təsiri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanda media və ifadə azadlığı üzrə inkişafa toxunan nazir Elmar Məmmədyarov ölkə əhalisinin 80%-nin internet istifadəçisi olduğunu vurğulayıb.

Mədə kiçiltmə əməliyyatı xərçəngə səbəb olur? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR