"Qızıl top" Ronaldoya 133 min abunəçi qazandırdı

"Qızıl top" Ronaldoya 133 min abunəçi qazandırdı
18:43 13 Yanvar 2015
183 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Məftun Salmanov/

2014-cü ilin yekunlarına görə dünyanın ən yaxşı futbolçusu seçilməsi Kriştiano Ronaldonun "Instagram" sosial şəbəkəsindəki abunəçilərinin sayını xeyli artırıb.

Trend-in məlumatına əsasən, "Qızıl top" sayəsində portuqaliyalı futbolçunun adıçəkilən şəbəkədəki abunəçilərinin sayı yanvarın 12-də 133 min nəfər artıb.

Bununla da Madrid "Real"ının forvardının "Instagram"dakı abunəçilərinin ümumi sayı 10,8 milyonu ötüb.

Qeyd edək ki, ulduz futbolçunun abunəçiləri digər sosial şəbəkələrdə də artıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR